Müfti Tbilisidə Almaniya İslam İcmasının rəhbərliyi ilə görüşüb  - FOTO
29.07.2026 16:11
59
Siyasət
A
Müfti Tbilisidə Almaniya İslam İcmasının rəhbərliyi ilə görüşüb - FOTO

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) mərkəzi ofisini Almaniyada fəaliyyət göstərən "İslamic Community" (İslam İcması) təşkilatının sədri Kemal Ergün, həmin təşkilatın sədr müavini Cəlil Yalınkılıç, təşkilatın Hamburq şəhəri üzrə regional koordinatoru Enes Nasi, Düsseldorf şəhəri üzrə regional koordinatoru Bahaddin Yılmaz və sədrin şəxsi katibi Eyüp Seis ziyarət ediblər.

Aktual.ge xəbər verir ki, bu barədə BGMİ məlumat verib.

Müfti Etibar Eminov qonaqlara səfərə görə təşəkkür edib, onlara İdarənin fəaliyyəti, Gürcüstan müsəlmanlarının vəziyyəti, İdarə ilə dövlət arasındakı münasibətlər, həmçinin BGMİ ilə digər müsəlman təşkilatları arasındakı əlaqələr barədə danışıb.

Qonaqlar da müftiyə və Gürcüstan Müsəlmanları İdarəsinə səmimi qarşılanmaya görə təşəkkürlərini bildirib, idarənin fəaliyyətini yüksək qiymətləndirib və ikitərəfli əməkdaşlığın gücləndirilməsi vacibliyini ifadə ediblər.

Görüşdə Şərqi Gürcüstan müftisinin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi Bəxtiyar Tanrıverdiyev, müftinin Baş məsləhətçisi Musa Hacıyev, Marneuli müftisi Tahir Bayramov, Bolnisi müftisi Adil Nəbiyev və Tbilisi Cümə məscidinin imamı Şirxan Çobanov iştirak ediblər.

ŞƏRH YAZ
0