Yaponiyada 7.1 maqnitudalı zəlzələ: Ticarət mərkəzi dağıldı, ölənlər var
28.07.2026 17:27
113
Dünya
A
Yaponiyada 7.1 maqnitudalı zəlzələ: Ticarət mərkəzi dağıldı, ölənlər var

Yaponiyada baş verən zəlzələdən sonra "Aeon" ticarət mərkəzində qeydə alınan partlayış nəticəsində azı bir neçə nəfər həyatını itirib.

Aktual.ge xəbər verir ki, bu barədə "Fuji" telekanalı məlumat yayıb.

Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Helikopterlərdən çəkilmiş kadrlarda binanın ciddi zərər gördüyü müşahidə olunur. Divarlardan biri qismən uçaraq binanın metal karkasını üzə çıxarıb, dama isə böyük ziyan dəyib.

Ticarət mərkəzinin dağıntıları altından insanları xilas etmək üçün əraziyə qüvvələr cəlb olunub.

Qeyd edək ki, bu gün, 28 iyul Yaponiyanın Kyusyu adasında baş verən 7.1 bal gücündə zəlzələ nəticəsində binalar çöküb, yol və körpülərə ziyan dəyib, həmçinin yanğınlar və elektrik enerjisinin kəsilməsi halları qeydə alınıb.

ŞƏRH YAZ
2