Dövlət məktəblərinin ibtidai sinif şagirdləri üçün məktəb formalarının satış qiymətləri müəyyənləşdirilib.
Aktual.ge xəbər verir ki, müvafiq əmri Gürcüstanın təhsil, elm və gənclər naziri imzalayıb.
Sənədə əsasən, məktəb formalarının satış qiymətləri sabitdir (fiksə olunub) və onların fərqli qiymətlərlə satılması qadağandır.
Sənədə əsasən, həm qızlar, həm də oğlanlar üçün pencəyin qiyməti 45 lari, şalvarın qiyməti isə 25 lari olacaq. Bununla yanaşı, qısa ətəyin qiyməti 25 lari müəyyənləşdirilib. Uzun ətək də 25 lari olacaq.
Xatırladaq ki, 2026-2027-ci tədris ili üçün dövlət məktəblərinin ibtidai sinif şagirdləri üçün məktəb formalarını "Təhsil Resursları" MMC "Glory Textile Industries" MMC şirkətindən alacaq. Bu şirkət Çində təsis edilmiş müəssisədir, Gürcüstanda isə 2026-cı ilin mart ayında qeydiyyatdan keçib.
Cari ilin iyun ayında təhsil naziri Qivi Mikanadze bildirmişdir ki, formaların tədarükü üç mərhələdə həyata keçiriləcək, tədarük barədə məlumat isə yay dövründə məlum olacaq.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin qiymətləndirməsinə əsasən, ailəsinin reytinq balı 60 000 baldan az olan bütün şagirdlər formanı pulsuz əldə edəcəklər.