“Novella II” filmi ətrafında mühüm tərəfdaşlıq: Aktual Media və Yuxarı Saral Mərkəzi memorandum imzaladı - VİDEO
Bugün
22
Mədəniyyət
A
“Novella II” filmi ətrafında mühüm tərəfdaşlıq: Aktual Media və Yuxarı Saral Mərkəzi memorandum imzaladı - VİDEO

22 may tarixində “Aktual Media” ilə “Yuxarı Saral İnkişaf və Təhsil Mərkəzi”nin himayəçisi, xeyriyyəçi iş adamı Rəhim Hüseynov arasında “Novella II” bədii-sənədli filminə dair tərəfdaşlıq müqaviləsi imzalanıb.

Müqavilənin imzalanma mərasimi “Yuxarı Saral İnkişaf və Təhsil Mərkəzi”ndə keçirilən “Zirvə” mükafatlandırma tədbiri çərçivəsində baş tutub.

Müqavilənin şərtlərinə əsasən, “Yuxarı Saral İnkişaf və Təhsil Mərkəzi” “Novella II” bədii-sənədli filminin tərəfdaşı qismində çıxış edəcək. Tərəfdaşlıq çərçivəsində Mərkəzin adı və loqosu layihənin rəsmi təqdimat və tanıtım materiallarında, eləcə də filmlə bağlı keçiriləcək qala gecələri və digər tədbirlərdə geniş şəkildə təqdim olunacaq. Həmçinin Mərkəz “Novella II” filminin qala gecələrinin təşkilində və keçirilməsində xüsusi rol oynayacaq.

Qeyd edək ki, “Novella II” bədii-sənədli filmi Gürcüstanda yaşayan gənc azərbaycanlıların uğur hekayələrini geniş auditoriyaya təqdim etmək, gənc nəslin təhsilə marağını və motivasiyasını artırmaq, eləcə də Gürcüstan cəmiyyətinə uğur qazanan azərbaycanlıları daha yaxından tanıtmaq məqsədi daşıyır.

Filmin baş sponsoru “Topçu Dekor” şirkəti, rəsmi sponsoru isə “Estetik Yapı” şirkətidir.

“Novella II” filminin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov bildirib ki, ekran əsərinin ilk tizeri yaxın vaxtlarda yayımlanacaq.

Rəhim Hüseynov “Novella” film layihəsinin gənclərin önə çıxmasına stimul verən bir layihə olduğunu qeyd edib.

Yuxarı Saral İnkişaf və Təhsil Mərkəzinin baş direktoru Emin Əhmədov isə belə əhəmiyyətli film layihəsinə tərəfdaşlıq etməyi özlərinə borc bildiklərini vurğulayıb.

Daha ətraflı Natela Əlləzovanın video xəbərini təqdim edirik:

ŞƏRH YAZ
1