Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 24-ü və 25-də ölkə üzrə elektrik enerjisinin verilişinin qəza səbəbindən dəfələrlə kəsilməsi ilə bağlı sabotaj maddəsi üzrə araşdırmaya başlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Qurumun məlumatına görə, Gürcüstan DTX “ölkə üzrə elektrik enerjisinin verilişinin qəza səbəbindən dəfələrlə kəsilməsi ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə araşdırmaya başlayıb.
"Sözügedən maddə Gürcüstanın dövlət maraqları üçün təhlükə yaratmaq məqsədilə dövlət müəssisəsinin və ya digər mühüm obyektlərin normal fəaliyyətinə mane olmanı, yaxud onların zədələnməsi/məhv edilməsini nəzərdə tutur”.
Dövlət Təhlükəsizliyi Xidməti araşdırmanın gedişatı barədə ictimaiyyəti mərhələli şəkildə məlumatlandıracaq" , - bildirilib.