Parlamentin sədri:
Bugün
129
Siyasət
A
Parlamentin sədri: "Aİ-dən kənarda qalmaq kiçik dövlət üçün daha faydalı ola bilər"

"Avropa İttifaqından (Aİ) kənarda qalmaq kiçik dövlət üçün daha faydalı ola bilər, çünki bu halda, ən azı, müstəqil qərar qəbul etmək azadlığı qorunub saxlanılır. Beləliklə, Aİ üzvlüyünün siyasi cazibəsi və əsas motivasiyası da aradan qalxır".

Aktual.ge xəbər verir ki, bunu Parlamentin sədri Şalva Papuaşvili sosial şəbəkə yazıb. 

Onun sözlərinə görə, namizəd ölkələrə mövcud Avropa İttifaqında bərabərhüquqlu üzvlük deyil, əvvəlcədən dəyişdirilmiş bir sistem təklif olunur. Bu sistemdə üzvlükdən irəli gələn bütün öhdəliklər onlara tam şəkildə yüklənir, lakin hüquqları və qərarverməyə təsir imkanları məhdudlaşdırılır.

Spiker qeyd edib ki, getdikcə daha aydın görünür ki, artıq heç kim yeni üzvlərin bu gün mövcud olan Avropa İttifaqına qəbulunu nəzərdən keçirmir.

"Avropa İttifaqına üzvlük ona görə vacibdir ki, ölkə öz maraqlarına uyğun qərarların qəbulunu dəstəkləyə, milli maraqlarını irəli apara və ona zərər verən qərarların qarşısını ala bilsin. Əgər ölkə bu imkanlardan məhrum edilirsə, deməli, Avropa İttifaqı da milli maraqların müdafiəsi vasitəsi kimi öz əhəmiyyətini itirir. Nəticədə üzvlüyün siyasi cazibəsi və əsas motivasiyası da yox olur.

Hətta belə şəraitdə Avropa İttifaqından kənarda qalmaq kiçik dövlət üçün daha faydalı ola bilər. Çünki o, heç olmasa, müstəqil qərar qəbul etmək azadlığını qoruyub saxlayacaq.

İstisna deyil ki, bu müzakirələrin dolayı məqsədlərindən biri məhz genişlənmə prosesini dayandırmaqdır. Artıq getdikcə daha aydın olur ki, heç kim yeni üzvlərin bu gün mövcud olan Avropa İttifaqına qəbulunu nəzərdən keçirmir.

Namizəd ölkələrə mövcud birlikdə bərabərhüquqlu üzvlük deyil, əvvəlcədən dəyişdirilmiş sistem təklif olunur. Burada üzvlükdən irəli gələn öhdəliklər tam şəkildə onların üzərinə qoyulur, lakin hüquqları və təsir imkanları məhdudlaşdırılır.

Buna görə də əsas sual yalnız 'Bizi Avropa İttifaqına nə vaxt qəbul edəcəklər?' deyil. Əsas sual budur: Bizi hansı Avropa İttifaqına qəbul etməyi təklif edirlər, hansı hüquqlarla və nə dərəcədə bərabərhüquqlu üzv statusu ilə? Çünki ölkənin dövlət suverenliyindən irəli gələn hüquqlarını əlindən alan və onların müdafiəsi üçün mexanizmlər verməyən üzvlük inteqrasiya deyil, suverenliyin ləğvidir.

...Lakin görünür, Yupiterə Avropanın da 'oğurlanması' bağışlanır", - deyə Şalva Papuaşvili paylaşımında yazıb.

ŞƏRH YAZ
4