ABŞ-ın Gürcüstandakı səfirliyinə yeni müvəqqəti işlər vəkili təyin olunub.
Aktual.ge xəbər verir ki, səfirliyin rəsmi məlumatına görə, Emi Dias Alan Perseli əvəz edib.
ABŞ Xarici Xidmətinin yüksək rütbəli karyera diplomatı Emi V. Dias 2026-cı ilin iyul ayından etibarən Tbilisidəki ABŞ səfirliyində səfirin səlahiyyətlərini icra edən şəxs (müvəqqəti işlər vəkili) vəzifəsini tutur.
Səfirliyin məlumatında bildirilir ki, xanım Dias müxtəlif dövrlərdə aşağıdakı vəzifələrdə çalışıb:
Onun iş təcrübəsinə həmçinin aşağıdakılar daxildir:
Dias 2002-ci ildə ABŞ Prezidentinin Presidential Management Fellows proqramı çərçivəsində ABŞ Dövlət Departamentinə qoşulub, 2005-ci ildən isə ABŞ Xarici Xidmətinin karyera diplomatı kimi fəaliyyət göstərir.
O, bakalavr təhsilini Merilend ştatının Annapolis şəhərində yerləşən Sent Con Kollecində (St. John's College) alıb, daha sonra isə Arizona Universitetində hüquq doktoru dərəcəsi əldə edib.
Dias ABŞ Dövlət Departamenti tərəfindən dəfələrlə yüksək şərəf və xüsusi xidmət mükafatları ilə təltif olunub.
Səfirliyin internet səhifəsində qeyd olunur ki, o, ailəlidir və bir övladı var.