Giorgi Şanidze hakimiyyəti milli dəyərlərin qorunması ilə bağlı qanunvericilik təşəbbüsünə qoşulmağa çağırıb
Bugün
20
Siyasət
A
Giorgi Şanidze hakimiyyəti milli dəyərlərin qorunması ilə bağlı qanunvericilik təşəbbüsünə qoşulmağa çağırıb

Təşəbbüs qrupunun üzvü, aktyor Giorgi Şanidze kilsənin, tarixin, milli qəhrəmanların və digər milli dəyərlərin hüquqi müdafiəsinə yönələcək yeni qanunvericilik təşəbbüsü ilə bağlı çıxışı zamanı Gürcüstan hakimiyyətini, parlamenti və aidiyyəti dövlət qurumlarını bu prosesə fəal qoşulmağa çağırıb.

Aktual.ge xəbər verir ki, Giorgi Şanidzenin sözlərinə görə, hüquqşünasların, hüquq mütəxəssislərinin, tarixçilərin, incəsənət və idman sahələrinin nümayəndələrinin, eləcə də digər maraqlı ictimai qrupların iştirakı ilə məsləhətləşmə prosesinə başlanılır. Məqsəd Gürcüstan Pravoslav Kilsəsinin, milli qəhrəmanların, gürcü dilinin, tarixi irsin və ənənəvi dəyərlərin hüquqi müdafiəsini təmin edəcək qanunvericilik təşəbbüsünün hazırlanmasıdır.

Şanidze bildirib ki, eyni zamanda Gürcüstan hakimiyyətinə, parlamentə və müvafiq dövlət qurumlarına müraciət edərək onları bu prosesdə fəal iştirak etməyə və cəmiyyətdə qarşılıqlı hörmət mədəniyyətinin möhkəmləndirilməsinə, milli kimliyin qorunmasına və ictimai həmrəyliyin saxlanmasına xidmət edəcək qanunvericilik təşəbbüslərinin müzakirəsinə başlamağa çağırırlar.

O vurğulayıb ki, təşəbbüs qrupu Gürcüstanın tarixi, mənəvi və mədəni irsinin qorunmasını təkcə cəmiyyətin müəyyən hissəsinin deyil, bütün ölkənin ümumi məsuliyyəti hesab edir.

"Gürcüstanın tarixi, mənəvi və mədəni irsinin qorunması yalnız cəmiyyətin müəyyən hissəsinin deyil, bütün ölkənin ümumi məsuliyyətidir. Məhz bu məsuliyyəti nəzərə alaraq, milli dəyərlərimizin lazımi qaydada qorunması və gələcək nəsillərə layiqincə ötürülməsi üçün müvafiq hüquqi mexanizmlərin hazırlanmasına başlayırıq", – deyə Giorgi Şanidze bildirib.

ŞƏRH YAZ
0