Mərakeş İspaniya ilə sərhəddə miqrantlara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib
Bugün
35
Dünya
A
Mərakeş İspaniya ilə sərhəddə miqrantlara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib

Mərakeş polisi İspaniyaya keçməyə cəhd göstərən şəxslərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Aktual.ge xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.

Mərakeş polisi İspaniyanın Seuta muxtar şəhərinə keçməyə çalışan qrupu dağıdıb.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, Seutaya təxminən 49 min nəfər daxil ola bilər. Onlardan 7 minə yaxınının azyaşlı olduğu ehtimal edilir. Müqayisə üçün qeyd olunub ki, Seutanın əhalisi təxminən 83 min nəfərdir.

Böhran fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək məqsədilə hərbçilərin cəlb olunmasına qərar verib. İyulun 31-də İspaniya Baş naziri Pedro Sançesin daxili işlər naziri Fernando Qrande-Marlaska ilə birlikdə Seutaya səfər edəcəyi gözlənilir.

ŞƏRH YAZ
0