Ölkə iqtisadiyyatı 8,6% artıb |
Bugün
88
İqtisadiyyat
A
Ölkə iqtisadiyyatı 8,6% artıb | "Saksat"

Gürcüstan Milli Statistika Xidməti "Saksat" ilkin qiymətləndirməsinə əsasən, 2026-cı ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun (ÜDM) artımı 8,6% təşkil edib.

Aktual.ge xəbər verir ki, bu barədə "Saksat" məlumat verib. 

Qeyd olunub ki, ilk altı ay üzrə orta artım göstəricisi isə 7,9% olub.

"2026-cı ilin iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadi artıma ən böyük töhfəni bu sahələr verib: emal sənayesi, nəqliyyat və anbar təsərrüfatı, tikinti, informasiya və kommunikasiya, maliyyə və sığorta fəaliyyəti.

Mədənçıxarma sənayesi və energetika sektorlarında isə azalma tendensiyası qeydə alınıb" , - məlumatda deyilir.

ŞƏRH YAZ
0