Bugün
128
Siyasət
A
"Milli Hərəkat" qurultaya hazırlaşır

Mixeil Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" partiyası qurultaya hazırlaşır.

Aktual.ge xəbər verir ki, partiya üzvlərinin açıqlamalarından görünür ki, partiya daxili transformasiya üzərində işləyir və bu, yalnız texniki dəyişikliklərlə məhdudlaşmayacaq.

Partiyada bildirirlər ki, "Milli Hərəkat"ın sədri olmayacaq və üzvlük institutu gücləndiriləcək.

Onların sözlərinə görə, partiya daha demokratik, xalq yönümlü və şəffaf olacaq ki, bu da maliyyə müstəqilliyinə töhfə verəcək.

“ 'Vahid Milli Hərəkat'ın daha cəlbedici, güclü və mübariz olması üçün mühüm addımlar atılacaq. Partiyanın daha xalq yönümlü, demokratik və şəffaf olması, bununla da partiya daxilində daha çox ədalətin təmin edilməsi nəzərdə tutulur. Partiya üzvləri ianələr formasında üzvlük haqqı ödəyəcək və bununla da partiyanın dünyanın, xüsusilə də sivil dünyanın digər ölkələrində olduğu kimi, ən müstəqil təşkilatlardan birinə çevrilməsinə kömək edəcəklər.

Maliyyə müstəqilliyi hər cəhətdən müstəqil olmaq deməkdir. Nisbətən passiv olan bir çox tərəfdarımızı yenidən geri qaytaracağıq. Ola bilsin ki, bəziləri gedib, lakin Gürcüstanın xilası uğrunda 'Vahid Milli Hərəkat' ilə birlikdə mübarizə aparmaq istəyirlər. Onlar geri qayıdacaq, yeni insanlar da partiyaya qoşulacaq.

Çox güman ki, bu qurultayda partiya sədrini seçməyəcəyik. Çünki artıq nə sədrin, nə də baş katibin indiki formada seçilməsini istəyirik. Bir növ idarəetmə şurasının olmasını istəyirik və bu şura həmin funksiyanı həyata keçirəcək. Əlbəttə, qanunvericiliyə əsasən, formal olaraq partiyanın adından müəyyən sənədləri imzalayacaq bir şəxsin olması zəruridir. Belə bir şəxs seçiləcək, lakin o, texniki funksiyanı yerinə yetirəcək və ‘Vahid Milli Hərəkat’ın indiyədək malik olduğu statusa sahib olmayacaq”, – deyə Giorgi Baramidze qeyd edib.

Partiyada gözlənilən dəyişikliklər barədə aparıcı simalardan biri olan Laşa Parulava da danışıb. Onun sözlərinə görə, "Milli Hərəkat" "üfüqi idarəetmə" sisteminə keçməyə hazırlaşır.

“'Milli Hərəkat' üfüqi idarəetməyə keçməyə hazırlaşır. Seçicilərimiz, üzvlərimiz və vətəndaşlarımız qarşısında daha çox məsuliyyət, şəffaflıq və ən əsası, bu mübarizəni davam etdirmək üçün kollektiv qərarlar lazımdır”, - deyə o bildirib.

ŞƏRH YAZ
0