Gürcüstan qanunvericiliyi artıq daha əlçatan olacaq | LIDA platforması təqdim olundu - VİDEO
03.08.2026 23:16
49
Maraqlı
A
Gürcüstan qanunvericiliyi artıq daha əlçatan olacaq | LIDA platforması təqdim olundu - VİDEO

Gürcüstanda hüquqi xidmətlərin Azərbaycan dilində daha əlçatan və müasir formada təqdim olunmasına xidmət edəcək LIDA.ge (Legal Intelligence & Digital Assistant) rəqəmsal hüquqi platforması ictimaiyyətə təqdim edilib.

Təqdimat mərasimində siyasi ictimai fiqurlar, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri, iş adamları, tələbələr və jurnalistlər iştirak edib.

Bildirilib ki, "Gürcüstan qanunvericiliyi üzrə Hüquqi Yardım" layihəsi çərçivəsində yaradılan LIDA.ge Gürcüstan qanunvericiliyi üzrə süni intellekt əsaslı hüquqi xidmət platformasıdır. Platforma istifadəçilərə hüquqi araşdırma aparmaq, süni intellekt vasitəsilə hüquqi məsləhət almaq, sənədləri təhlil etmək, məhkəmə proseslərinin mümkün nəticələrini modelləşdirmək və Gürcüstanda fəaliyyət göstərən təsdiqlənmiş vəkillərin məlumat bazasından istifadə etmək imkanı yaradır.

Layihənin rəhbəri Nahid Qurbanov təqdimat mərasimində çıxıışı zamanı bildirib ki, platforma 12-dən çox hüquq sahəsini əhatə edir və 6 dildə xidmət göstərir. 

Daha sonra çıxış edən platformanın texniki memarı, kiber cinayətlər üzrə mütəxəssis və hüquqşünas Sərxan Məmmədov bildirib ki, sistem istifadəçilərə Gürcüstanın istənilən şəhərində fəaliyyət göstərən, öz ana dilində danışan vəkillərlə əlaqə yaratmaq imkanı təqdim edəcək.

Layihə rəhbəri Nahid Qurbanov müsahibəsində bildirib ki, LIDA platforması Gürcüstan qanunvericiliyinin əlçatanlığını xeyli asanlaşdıracaq.

Vəkil Sevil ömərova isə müvafiq platformanın cəmiyyət üçün vacibliyini vurğulayıb.

Qeyd edək ki, Platformanın əsas imkanlarından biri də dövlət qurumlarına müraciətlərin hazırlanmasıdır. İstifadəçi ərizəni Azərbaycan dilində yazdıqda sistem onu avtomatik gürcü dilinə çevirərək təqdim edir. Bundan əlavə, platformada 200-dən çox məhkəmə qərarı toplanıb. Süni intellekt həmin qərarlar əsasında hüquqi təhlillər aparır və məhkəmə işlərinin mümkün nəticələri ilə bağlı proqnozlar təqdim edir.

Daha ətraflı Natela Əlləzovanın xəbərində:
 

ŞƏRH YAZ
1