Marneulidə məktəblilər üçün “OXU Olimpiadası 2026” keçiriləcək
Bugün
194
Mədəniyyət
A
Marneulidə məktəblilər üçün “OXU Olimpiadası 2026” keçiriləcək

Marneuli şəhərində fəaliyyət göstərən OXU Təhsil Mərkəzi Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlər üçün “OXU Olimpiadası 2026” adlı bilik yarışmasına start verir.

Aktual.ge xəbər verir ki, olimpiada 2-ci sinifdən 12-ci sinfə qədər olan şagirdləri əhatə edəcək.

Bildirilib ki, olimpiada gürcü dili, ingilis dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Layihənin əsas məqsədi şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək, onların fənlərə marağını artırmaq və istedadlı məktəbliləri üzə çıxarmaqdır.

Olimpiada hər sinif üzrə ayrıca təşkil olunacaq və 100 ballıq qiymətləndirmə sistemi əsasında keçiriləcək. Yarışma iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə minimum 60 bal toplayan iştirakçılar ikinci mərhələdə iştirak hüququ qazanacaqlar.

Təşkilatçıların bildirdiyinə görə, birinci mərhələdə iştirak ödənişsizdir.

Hər iki mərhələnin nəticələrinə əsasən hər sinif və hər fənn üzrə ən yüksək nəticə göstərən şagirdlər medal, diplom və müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

“OXU Olimpiadası 2026” 6 iyul 2026-cı il tarixində keçiriləcək. Olimpiadada iştirak etmək istəyən şagirdlər üçün qeydiyyat 4 iyul 2026-cı il tarixinədək davam edəcək.

Qeydiyyat zamanı iştirakçılardan ad və soyad, oxuduqları sinif və məktəb barədə məlumat, həmçinin şəxsiyyəti təsdiq edən sənədin surəti tələb olunur.

İştirak etmək istəyənlər aşağıdakı onlayn qeydiyyat formasını doldura bilərlər:

Qeydiyyat linki: https://forms.gle/bMwj3xv5uUyDAKyS6

Əlaqə nömrəsi: 555 68 46 35

ŞƏRH YAZ
0