Bu gün Aşuradır
Bugün
77
Din
A
Bu gün Aşuradır

Bu gün - 25 iyun Aşura günüdür.

Aktual.ge xatırladır ki, Aşura hicri-qəməri təqviminin ilk ayı olan Məhərrəm ayının 10-cu gününə təsadüf edir.

Aşura günü ilə əlaqədar Tbilisidəki Cümə Məscidi də daxil olmaqla, Gürcüstanın şərqindəki əksər məscidlərdə Hz. Məhəmməd Peyğəmbərin (s) nəvəsi İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin xatirəsinə əzadarlıq mərasimləri keçiriləcək.

Kərbəla faciəsinin mahiyyəti:

Bu əzadarlıq mərasimləri hicri 61-ci ildə İraqın Kərbəla çölündə İmam Hüseyn (ə), onun ailə üzvləri və azsaylı səhabələrinin bəşəriyyət tarixində haqq və ədalət uğrunda göstərdikləri misilsiz fədakarlığın anılmasıdır. Onların şəhadəti əsrlər boyu zülmə və haqsızlığa qarşı bir mübarizə rəmzinə çevrilmiş, insanlıq üçün vicdan və ləyaqət dərsi olmuşdur. İnanclı insanlar bu günlərdə həmin faciəvi hadisəni yad edərək, İmam Hüseynin (ə) bəşəri dəyərlər uğrunda apardığı mübarizəyə öz ehtiramlarını bildirirlər.

Məhərrəm ayı və Ərbəin tarixi

Məhərrəm ayı hicri-qəməri təqviminin başlanğıcıdır. 2026-cı ildə Məhərrəm ayı iyunun 16-da başlamışdır.

Aşuradan sonra başlayan 40 günlük matəm dövrünün sonu Ərbəin adlanır. Ərbəin günü İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40-cı günüdür.

2026-cı il üçün Ərbəin tarixi:

İyulun 31-i və ya avqustun 1-i (Ayın görünməsindən asılı olaraq).

 

ŞƏRH YAZ
0