Kateqoriyalar
"Biz yol hərəkəti qaydalarının pozulması və müvafiq cərimələrlə bağlı statistikaları qiymətləndirdik və məlum oldu ki, cərimələrin artırılması bu halda statistikanın yaxşılaşmasına təsir etməyib".
Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze jurnalistin sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, qeyd olunanları nəzərə alaraq, cərimələrin azaldılmasına qərar verilib.
"Biz istəmirik ki, artırılmış cərimələrlə əhalinin üzərinə artıq yük düşsün, buna görə də bütün bunları əsas götürərək cərimələrin azaldılması ilə bağlı qərar qəbul etdik", - deyə hökumət başçısı qeyd edib.