Yaxın günlərdə Gürcüstanda arabir yağıntılı hava şəraiti gözlənilir, bəzi yerlərdə dolu düşə bilər və küləyin güclənəcəyi ehtimal olunur.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Sinoptiklərin proqnozuna görə, Tbilisidə axşam saatlarında şimşəklə müşayiət olunan qısamüddətli yağış gözlənilir. Havanın temperaturu gündüz +27, +29 dərəcə qeydə alınacaq.
Sahil bölgəsi:
Batumi, Kobuleti, Anakliya, Poti: 23 iyunda yağmursuz hava olacaq, 24-25 iyunda isə nisbətən sərin və yağıntılı hava gözlənilir. Havanın temperaturu gündüz +24, +26 dərəcə qeydə alınacaq.
Kartli bölgəsi:
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali: arabir qısamüddətli yağış və şimşək gözlənilir, bəzi yerlərdə dolu və küləyin güclənəcəyi mümkündür. Havanın temperaturu gündüz +27, +29 dərəcə qeydə alınacaq.
Kaxeti bölgəsi:
Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro: arabir qısamüddətli yağış və şimşək gözlənilir, bəzi yerlərdə dolu və küləyin güclənəcəyi mümkündür. Havanın temperaturu gündüz +28, +30 dərəcə qeydə alınacaq.