Kateqoriyalar
Bu il də Marneulidə ənənəvi genişmiqyaslı Tasua yürüşü təşkil olunacaq.
Bu barədə Aktual.ge xəbər portalına Marneuli Mərkəzi İmam Əli (ə) məscidinin axundu, imamcümə Hacı Hacıyev məlumat verib.
Din xadimi bildirib ki, yürüş iyunun 24-ü saat 11:00-da başlayacaq və iştirakçılar Gürcüstan Əhli-beyt Cəmiyyətinin binasının önündən Mərkəzi İmam Əli (ə) məscidinə doğru hərəkət edəcəklər: "Yürüş başa çatdıqdan sonra məscidin qarşısında xütbə oxunacaq".
Hacı Hacıyev bölgə müsəlmanlarını bu yürüşdə fəal iştirak etməyə dəvət edib.
O, həmçinin qeyd edib ki, bu il Aşura günü iyunun 25-nə təsadüf edir.