Gürcüstanda avtomobil idxalı kəskin  azalıb | Bazarda nələr baş verir ?
Bugün
263
İqtisadiyyat
A
Gürcüstanda avtomobil idxalı kəskin azalıb | Bazarda nələr baş verir ?

2026-cı ilin yanvar-may aylarında Gürcüstana minik avtomobillərinin idxalı azalıb. 

Aktual.ge xəbər verir ki, bu, Milli Statistika Xidmətinin məlumatlarında öz əksini tapıb.

Mövcud statistikaya görə, dörd aylıq kəsikdə idxal olunan avtomobillərin sayı son dörd ilin minimum səviyyəsindədir.

Belə ki, yanvar-may aylarında ölkəyə 77 054 avtomobil daxil olub ki, onların da ümumi dəyəri 1,251 milyard dollar təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin analoji dövründə 90 434 avtomobil idxal edilmişdi və onların ümumi dəyəri 1,567 milyard dollar idi.

Yalnız bir illik məlumatları müqayisə etsək, avtomobil idxalı kəmiyyət baxımından 14,8%, dəyər baxımından isə təxminən 20,2% azalıb.

Məlumatlar göstərir ki, Gürcüstan üçün avtomobillərin əsas tədarükçüsü yenə də Amerika Birləşmiş Ştatlarıdır. Təkcə 2026-cı ilin yanvar-may aylarında Amerikadan 58 881 avtomobil daxil olub ki, bunların da dəyəri 698,1 milyon dollar təşkil edib.

İkinci yerdə Almaniya - 2 000 avtomobil və 171,2 milyon dollarlıq idxal ilə, üçüncü yerdə isə Yaponiya - 7 487 avtomobil və 166,5 milyon dollarlıq dəyərlə qərarlaşıb.

Ən iri idxalçı ölkələrin onluğu aşağıdakı kimidir:

ABŞ - 698,1 milyon dollar dəyərində 58 881 ədəd;

Almaniya - 171,2 milyon dollar dəyərində 2 000 ədəd;

Yaponiya - 166,5 milyon dollar dəyərində 7 487 ədəd;

Birləşmiş Krallıq - 35,8 milyon dollar dəyərində 312 ədəd;

Çin - 31 milyon dollar dəyərində 3 339 ədəd;

Türkiyə - 28,5 milyon dollar dəyərində 719 ədəd;

Cənubi Koreya - 21,3 milyon dollar dəyərində 1 432 ədəd;

Kanada - 16 milyon dollar dəyərində 990 ədəd;

İtaliya - 13,4 milyon dollar dəyərində 89 ədəd;

Azərbaycan - 10,5 milyon dollar dəyərində 33 ədəd.

ŞƏRH YAZ
0