Attestatların verilməsinə başlanılır
Bugün
232
Maraqlı
A
Attestatların verilməsinə başlanılır

Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tam orta təhsili (12-ci sinif) təsdiq edən dövlət sənədinin – attestatın verilməsi üçün müraciətlərin qəbuluna iyunun 22-dən başlayır.

Aktual.ge xəbər verir ki, attestatı almaq üçün müraciəti Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi xidmətlərində, Ədliyyə Evlərinin filiallarında və səyyar Ədliyyə Evlərində etmək mümkündür.

Attestatı əldə etmək üçün müraciəti şəxsiyyəti təsdiq edən sənədi olan məzun, onun qanuni nümayəndəsi (etibarnaməli şəxs) və ya 18 yaşına çatmayan şəxslər üçün valideyni təqdim edə bilər.

Dekabrın 31-dək hazır sənəd müraciət təqdim edildikdən sonra 10-cu iş günü pulsuz veriləcək.

Agentliyin bəyanatında qeyd olunur:

"Maddi attestatı aldıqdan sonra maraqlı şəxs my.gov.ge elektron portalından əsli ilə bərabər hüquqi qüvvəyə malik elektron attestatı yükləyə bilər. Elektron attestatı istənilən vaxt, müraciət zamanı ərizəçiyə verilən xatırlatma kartında göstərilən ərizə nömrəsi və kod vasitəsilə yükləmək mümkündür".

ŞƏRH YAZ
3