Gürcüstan əhalisinin sayı 3 milyon 930 min nəfərə çatıb
Bugün
90
Siyasət
A
Gürcüstan əhalisinin sayı 3 milyon 930 min nəfərə çatıb

Gürcüstanın Milli Statistika Xidmətinin (Sakstat) açıqladığı 2024-cü il əhalinin siyahıyaalınmasının yekun nəticələrinə əsasən, ölkə əhalisinin sayı 3 milyon 930 min nəfər təşkil edib.

Aktual.ge-nin məlumatına görə, bu barədə Milli Statistika Xidmətinin direktoru Qoqita Todradze keçirdiyi brifinqdə açıqlama verib.

Todradzenin sözlərinə görə, siyahıyaalınmanın nəticələri son on il ərzində Gürcüstan əhalisinin sayında artım olduğunu göstərir.

Bildirilib ki, ölkə əhalisinin 52 faizini qadınlar, 48 faizini isə kişilər təşkil edir.

Milli Statistika Xidmətinin rəhbəri qeyd edib ki, 2024-cü ilin göstəricisi 2014-cü ildə keçirilmiş əvvəlki siyahıyaalınma ilə müqayisədə 5,8 faiz, yəni təxminən 216 min nəfər çoxdur.

Məlumata görə, nəticələr Gürcüstanda son on ildə demoqrafik göstəricilərdə müsbət dinamikanın olduğunu göstərir.

Qeyd edək ki, əhalinin siyahıyaalınması ölkənin demoqrafik vəziyyətinin qiymətləndirilməsi, sosial-iqtisadi planlaşdırma və dövlət siyasətinin hazırlanması üçün əsas statistik mənbələrdən biridir.

ŞƏRH YAZ
1