Sürət həddinin aşılması: Yeni cərimə sistemi necə işləyəcək?
Bugün
187
Maraqlı
A
Sürət həddinin aşılması: Yeni cərimə sistemi necə işləyəcək?

"Yol hərəkəti qaydalarının pozulmasının dərəcəsi və miqyasından asılı olaraq cərimələrin diferensiallaşdırılması (Fərqləndirmə) həyata keçiriləcək – əgər sürət həddinin cüzi aşılması halı varsa, şəxs daha az məbləğdə cərimələnəcək, sürət həddinin aşılması artdıqca isə daha yüksək cərimələr tətbiq olunacaq".

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dövlət hər bir qayda pozuntusunun vaxtında aşkar edilməsi və bu aşkar edilmiş faktlara müvafiq reaksiya verilməsi üçün düzgün inzibatçılığı davam etdirəcək.

"Əlbəttə ki, dövlətin əsas məqsədi yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət olunmasıdır. Bu qaydalara riayət olunmasını bir tərəfdən sürücülərin qanunla müəyyən edilmiş qaydalara ciddi şəkildə əməl etməsi təmin edir. Dövlət, hər bir qayda pozuntusunun vaxtında aşkar edilməsi və bu faktlara müvafiq reaksiya verilməsi üçün düzgün inzibatçılığı davam etdirəcək. Təqdim olunan dəyişikliklərlə pozuntunun dərəcəsi və miqyasına görə cərimələrin diferensiallaşdırılması həyata keçiriləcək. Əgər sürət həddinin cüzi aşılması varsa, sürücü az məbləğlə, 50 lari ilə cərimələnəcək, sürət həddinin aşılması artdıqca isə daha yüksək cərimələr tətbiq olunacaq. Müvafiq olaraq, diferensiallaşdırma kiçik qayda pozuntularına daha aşağı cərimə ilə reaksiya verilməsinə, yüksək sürət həddinin aşılması hallarında isə daha ağır cərimələrin tətbiqinə əhəmiyyətli dərəcədə kömək edəcək. Bu diferensiallaşdırma bizə hər bir hüquqpozmaya effektiv şəkildə reaksiya verməyə imkan verəcək", - deyə Aleksandre Daraxvelidze bildirib.

ŞƏRH YAZ
5