Kateqoriyalar
Rusiya Qara dənizdə Türkiyəyə məxsus "Victress" yük gəmisinə zərbə endirib.
Aktual.ge xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Qeyd edilib ki, PUA ilə endirilən zərbədən sonra gəmidə genişmiqyaslı yanğın başlayıb. Ölənlərin olduğu bildirilir.
Qeyd edək ki, Panama bayrağı altında üzən "Victress" gəmisi türkiyəli sahibkara məxsusdur. Gəminin heyəti Ukrayna donanmasının qüvvələri tərəfindən təxliyə edilib