Poniçalada (Soğanlıq)
Bugün
86
Siyasət
A
Poniçalada (Soğanlıq) "Ya Hüseyn, ya Əbəlfəz" şüarları ilə "Tasua" yürüşü keçirilib - VİDEO

Tbilisinin Poniçala-Soğanlıq qəsəbəsində ənənəvi “Tasua” yürüşü təşkil olunub.

Yürüş iştirakçıları Gürcüstanın dövlət bayrağı ilə yanaşı, İmam Hüseyn bayraqları da daşıyaraq “Ya Hüseyn, Ya Əbəlfəz” şüarları səsləndiriblər.

Qəsəbənin mərkəzində yekunlaşan yürüşdən sonra Soğanlıq Əhli-Beyt Məscidinin axundu, ilahiyyatçı Hacı Rahid Kərimov çıxış edərək “Tasua” gününün əhəmiyyəti, Kərbəla hadisələri, eləcə də bu yürüşlərin fəzilət və faydaları haqqında danışıb.

Qeyd edək ki, “Tasua” günü hicri-qəməri təqvimi ilə Məhərrəm ayının doqquzuncu gününə təsadüf edir. Həmin gün İraqın Kərbəla çölündə İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s) nəvəsi İmam Hüseyn (ə) və onun tərəfdarları Ömər ibn Səədin qoşunları tərəfindən mühasirəyə alınıb. Elə həmin gün İmam Hüseyn (ə) və yaxınlarının su yolları kəsilib.

Daha ətraflı Salo Salahlının video süjetini təqdim edirik:

ŞƏRH YAZ
0