Tbilisidə kustar üsulla fəaliyyət göstərən narkolaboratoriya aşkarlanıb
Bugün
91
Kriminal
A
Tbilisidə kustar üsulla fəaliyyət göstərən narkolaboratoriya aşkarlanıb

Tbilisidə kustar üsulla fəaliyyət göstərən narkolaboratoriya aşkarlanıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun bildirdiyinə görə, narkotik cinayəti törətməkdə şübhəli bilinən Qazaxıstanın iki vətəndaşı saxlanılıb.

"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər gələcəkdə satmaq məqsədilə müvəqqəti yaşadıqları evdə quraşdırdıqları laboratoriyada müxtəlif kimyəvi maddələrdən və prekursorlardan istifadə edərək narkotik vasitələr hazırlayırlarmış. Cinayət işi üzrə əldə edilmiş sübutlarla o da təsdiqlənir ki, təqsirləndirilən şəxslər kustar üsulla hazırlanmış narkotiklərin satışını müxtəlif üsullarla həyata keçirirlərmiş.

Polis saxlanılan şəxslərin şəxsi və müvəqqəti yaşadıqları evdə apardıqları axtarış zamanı sübut kimi xüsusilə külli miqdarda – 20 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə müsadirə edib. İstintaq hərəkətləri nəticəsində, həmçinin narkotik vasitələrin kustar üsulla hazırlanması və qablaşdırılması üçün lazım olan materiallar da götürülüb", - məlumatda deyilir.

ŞƏRH YAZ
0