Baş nazir: Avropa Parlamentinin məqsədi Gürcüstanda inqilab təşkil etməkdirsə, onlar buna uyğun cavab alacaqlar!
Bugün
53
Siyasət
A
Baş nazir: Avropa Parlamentinin məqsədi Gürcüstanda inqilab təşkil etməkdirsə, onlar buna uyğun cavab alacaqlar!

"Əgər Avropa Parlamentinin məqsədi Gürcüstanda inqilab təşkil etməkdirsə, onlar buna uyğun cavab alacaqlar".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş nazir İrakli Kobaxidze jurnalistlərə müsahibəsində bildirib.

İrakli Kobaxidzenin sözlərinə görə, rəsmi Tbilisi Brüssellə münasibətlər baxımından "strateji səbir" rejimindədir.

"Biz gözləmə rejimindəyik, strateji səbir rejimindəyik. Avropa Parlamentində və ya Avropa bürokratiyasında sovet tipli yanaşmaların dəyişdiyini görən kimi, dialoq dərhal bərpa olunacaq. Bu, onlardan asılıdır. Buna görə də biz gözləmə və strateji səbir rejimindəyik", - deyə hökumət rəhbəri vurğulayıb

İrakli Kobaxidze "Gürcü Arzusu" partiyası tərəfindən qəbul edilmiş və onun qiymətləndirməsinə görə, "Avropa Parlamentinin xoşuna gəlməyən" qanunlardan danışıb.

"Götürək 'Yığıncaqlar və nümayişlər haqqında qanunu' - bir ildən çoxdur ki, ölkənin mərkəzi prospekti bağlanmışdı. 150 nəfər 'Milli Hərəkat'ın tərəfdarı bütün Gürcüstanı narahat edirdi və biz buna qarşı qanun qəbul etdik, indi isə bu qanun onların xoşuna gəlmir. Buradan görünür ki, Avropa Parlamentinin 150 nəfər 'Milli Hərəkat' tərəfdarının 3 milyon 900 min insanı narahat etməsi xoşuna gəlir. Səkilərdə də eyni vəziyyətdir. Rustaveli prospektinin bağlanmasına son qoyan kimi, səkilərdə gəzməyə və səkiləri bağlamağa başladılar. Burada da qanun qəbul etdik. 150 nəfərsənsə, dur və sakit dayan! İstədiyin yerdə dayan, amma səkidə başqasına mane olma. Səkidə də başqasına mane olma. Bu qanun ona görə qəbul edilib ki, onlar səkiləri bağlayır, səkilərdə nümayişlər təşkil edirdilər ki, 150 nəfərlə Tbilisi sakinlərinə diskomfort yaratsınlar. Buna qarşı qanun qəbul etdik, tamamilə əsaslandırılmış qanundur. Avropa Parlamentinin bu xoşuna gəlmir, belə çıxır ki, onlar 150 nəfərin 3 milyon 900 min insanı narahat etməsini bəyənirlər. 150 nəfər 'Milli Hərəkat'çının Gürcüstanda 3 milyon 900 min insanı narahat etməsi yolverilməzdir", - deyə İrakli Kobaxidze söyləyib.

"Qrantlar haqqında" qanuna gəlincə, İrakli Kobaxidze hesab edir ki, bu qanun qəbul edildikdən sonra ölkədə sabitliyi təmin ediblər.

"Qrantlarla Gürcüstanda nifrət, aqressiya, pravoslav kilsəsinə qarşı hücumlar, dövlət institutlarına qarşı hücumlar maliyyələşdirilirdi və bu, adi, kobud xarici müdaxilə aləti idi. Buna qarşı 'Qrantlar haqqında qanun' qəbul edildi, bu qanunu qəbul etdikdən sonra ölkəmizi sakitləşdirdik. Ondan əvvəl dörd il ərzində məhz bu qrantlarla maliyyələşən təşkilatların təşkil etdiyi beş inqilab cəhdi olmuşdu və Avropa Parlamenti deyəndə ki, bu qanunu ləğv etməlisiniz, bu o deməkdir ki, beşinci ildə altıncı inqilab cəhdini təşkil etmək istəyirlər və təbii ki, buna biz başqa cür reaksiya verə bilmərik, çox sərt reaksiya verəcəyik. Əgər Avropa Parlamentinin məqsədi Gürcüstanda inqilab təşkil etməkdirsə, təbii ki, buna uyğun cavab alacaqlar", - deyə Ba. nazir qeyd edib.

Etiraz aksiyaları zamanı zərər çəkən insanlara gəlincə, Kobaxidzenin qeyd etdiyi kimi, zorakılığın həyata keçirildiyi və aşkar cinayət əlamətlərinin olduğu bir neçə hal olub və hüquq-mühafizə orqanları təxminən bir ay əvvəl bu faktlara reaksiya verib.

"O biri tərəfə gəlincə, bunu da tələb edirlər ki, niyə zorakılıq edənləri buraxmadınız? Zorakılıq edənlərə gəlincə, 500-dən çox insan gündəlik rejimdə zorakılıq edirdi və cəmi 30 nəfər saxlanıldı, burada da başqa yanaşma istəyirlər. Əslində, bu insanların istədiyi yeganə şey dövləti zəiflətmək, dövlət institutlarını zəiflətməkdir. Ümumiyyətlə, onların insan haqlarını vecinə almadıqlarını hər kəs çox yaxşı bilir. 2004-2012-ci illərdə məhz Avropa Parlamenti həbsxanalarda və həbsxanalardan kənarda insanların işgəncəyə məruz qalmasını, zorlanmasını "ört-basdır" edirdi. İnsan haqları bu insanların heç vecinə deyil. Bu gün onların maraqlandıqları yeganə şey odur ki, necə olursa olsun, məhz həmin işgəncə verənləri - "nas"-ları hakimiyyətə qaytarsınlar və təbii ki, onların bu cəhdinə qarşı müvafiq reaksiya və cavabımız olacaq.

Onların işi öz sovet tipli yanaşmalarına yenidən baxmaqdır. Onlar öz sovet tipli yanaşmalarına yenidən baxmalıdırlar, bu halda münasibətlər bərpa olunacaq və normal çərçivəyə qayıdacaq", - deyə İrakli Kobaxidze yekunlaşdırıb.

ŞƏRH YAZ
3