ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Cim Riş "Mtavari Arxi" telekanalının təsisçisi Nika Qvaramiyanın həbs olunmasına münasibət bildirib.
Aktual.ge xəbər verir ki, senator Nika Qvaramia siyasi motivli ittihamlarla həbs edildiyini vurğulayıb.
"Gürcüstan mediasının - əsas kanalın direktoru Nika Qvaramia siyasi motivli ittihamlarla 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Siyasi müxalifətin susqunluğu Gürcüstanı çox narahatedici istiqamətə aparacaq. Demokratiya üçün qanunun aliliyi və azad mətbuat vacibdir”, - ABŞ senatoru yazıb.
Qeyd edək ki, N.Qvaramiya “Rustavi 2” telekanalının keçmiş baş direktorudur. O, bu teleşirkətə məxsus külli miqdarda pul vəsaitləri və əmlakın qanunsuz mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu. Jurnalist 2019-cu ilin iyulunda telekanalın sahibi dəyişəndən sonra baş direktor vəzifəsindən istefa verib, avqustunda “Mtavari arxi” telekanalını təsis edib.