Bugün
33
Din
A
"Xilas" Fondundan Məhərrəm ayında gənc qadına 10 min larilik iş dəstəyi - VİDEO

İmam Zaman adına “Xilas” Fondu Məhərrəm ayı münasibətilə növbəti xeyriyyə aksiyası keçirib.

Fond bu dəfə Qızılhacılı kəndində yaşayan ehtiyaclı bir qadına özünüməşğulluğunu təmin etməsi üçün dəyəri 10 min lari olan peşəkar tikiş avadanlıqları alaraq hədiyyə edib.

Üzvlərinə təşəkkür edilən fonddan bildirilib ki, məqsəd vətəndaşın daimi gəlir mənbəyi əldə etməsinə, öz əməyinə əsaslanaraq müstəqil fəaliyyət göstərməsinə və sosial rifahının yaxşılaşdırılmasına dəstək verməkdir. 

Xilas Fondunun fəaliyyətini dəyərləndirən İlahiyyatçı Elçin Daşdanov bildirib ki, Xilas fondu növbəti dəfə bir ailənin sevincinə səbəb oldu. 

Qeyd edək ki, İmam Zaman adına “Xilas” fondu fəaliyyətə başladığı gündən etibarən sosial cəhətdən həssas ailələrə dəstək göstərmək, onların iş və gəlir imkanlarını artırmaq məqsədilə müxtəlif layihələr həyata keçirir.

İmam Zaman adına Xilas fonduna ianə etmək istəyənlər aşağıdakı bank hesablarından istifadə edə bilərlər:

Sakartvelo Bank: GE82BG0000000161550894

TBC Bank: GE56TB7099336010100085

Əlaqə nömrəsi: 568 00 00 90

Daha ətraflı Natela Əlləzovanın video xəbərini təqdim edirik:

ŞƏRH YAZ
0