Herçinski: Gürcüstan Aİ ailəsinin bir hissəsi olmaq istəyirsə əsas prinsiplərə riayət etməlidir
20.09.2024 14:56
189
Siyasət
A
Herçinski: Gürcüstan Aİ ailəsinin bir hissəsi olmaq istəyirsə əsas prinsiplərə riayət etməlidir

"Yalnız gürcülər ölkədə necə yaşamaq istədiklərinə qərar verə bilərlər, oktyabrın 26-da onlara seçkilərə getmək, səs vermək və gələcək liderlərini seçmək imkanı veriləcək".

Aktual.ge xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə bildirib.

“Seçkilər azad və ədalətli olarsa, rəqabətli, şəffaf, əhatəli və ən önəmlisi, dinc şəraitdə keçiriləcək. Biz Avropa İttifaqı olaraq, onların nəticələrini tanıyırıq və seçkilərdən sonra formalaşacaq bütün hökumətlərlə işləyəcəyik.

Əsas məsələ odur ki, əgər Gürcüstan Avropa İttifaqına daxil olmaq istəyirsə, bunun üçün müəyyən şərtlərə əməl olunmalıdır. Bu şərtlər yalnız Gürcüstan üçün deyil, Aİ-yə daxil olmaq istəyən bütün ölkələr üçün nəzərdə tutulub. Buna görə də ciddi islahatlara ehtiyac var, eyni zamanda Avropa İttifaqının əsas prinsiplərinə tam riayət olunması zəruridir.

Bu prinsiplər hamıya məlumdur: demokratiya, qanunun aliliyi, insan hüquqları, o cümlədən azlıqların hüquqlarına hörmət. Bunlar danışıqlara tabe olmayan əsas prinsiplərdir. Beləliklə, əgər Gürcüstan Aİ ailəsinin bir hissəsi olmaq istəyirsə, bu prinsiplərə tam riayət edilməlidir,” - deyə səfir qeyd edib.

ŞƏRH YAZ
2