Marneulidə
Bugün
57
Din
A
Marneulidə "Tasua" yürüşü | Minlərlə insan küçəyə çıxdı - VİDEO

Marneuli Bələdiyyəsində Məhərrəm ayının 9-cu günü münasibətilə izdihamlı “Tasua” yürüşü baş tutub.

Minlərlə insanın iştirakı ilə izdihamlı karvan Marneulidə yerləşən Əhlibeyt Cəmiyyətinin qarşısından Hz.İmam Əli (ə.s) Məscidinə doğru "Ya Hüseyn, Ya Əbəlfəz" şüarları ilə davam edib.

Təqribən 3 km davam edən yürüşə İmam cümələr Hacı Hacıyev, Hacı Rasim Məmmədov, Doktor Seyid Mirismayıl Əsədov, İlahiyyatçı Hacı Əli Əliyev, ictimaiyyət nümayəndələri və bir çox məscidin axundu, bölgə sakinləri  və bir sıra məscidlərin axundu, imamı eləcə də minlərlə müsəlmanlar iştirak edib.

Minlərlə insanın qatıldığı yürüşdə böyük Gürcüstan və İmam Hüseyn bayraqları dalğalandırılıb.  

Yürüş İmam Əli (ə.s) Məscidinin qarşısında başa çatdıqdan sonra sözügedən məscdin axundu, imam cümə Hacı Hacıyev "Tasua" yürüşü haqda və Kərbəla hadisələrinin danışıb eləcə də, sözügedən yürüşün fəzilət və faydasından söz açıb. Eləcə də, yürüşün təhlükəsizliyini müşahidə edən hüquq-mühafizə orqanları əməkdaşlarına təşəkkür edib.

Hacı Hacıyev son günlər Marneulidə keçirilən matəm məclisləri ilə bağlı səslənən iddialara da kəskin reaksiya verib:

HACI ÇIXIŞI.

Xütbənin ardından isə "Ləbbeykə ya Hüseyn" şüarları səsləndirilib.

Qeyd edək ki, bu ilki "Tasua" yürüşünə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev son illər ona qarşı edilən etirazlardan sonra yürüşə qatılmayıb. Faiq Nəbiyevin “Tasua” yürüşündə iştirak etməməsi ötən illərdə keçirilən yürüş zamanı ona qarşı edilən etirazlarla əlaqələndirilir.

Məlumat üçün bildirək ki, bu il sayca 27-cisi olan “Tasua” yürüşü Məhərrəm ayının doqquzuncu gününü nəzərdə tutur. Hicri qəməri təqvimlə 61-ci ilin Məhərrəm ayının doqquzunda (Tasuada) İraqın Kərbəla çölündə Peyğəmbər əfəndimiz Hz. Məhəmmədin (s) əziz nəvəsi İmam Hüseyn (ə) və onun yaxınları Ömər ibn Sədin qoşunları tərəfindən mühasirəyə alınıb. Elə həmin gün Hz. Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi Hz. İmam Hüseyn (ə) və onun yaxınlarının üzünə su yolları bağlanıb.

ŞƏRH YAZ
1