Venesuelada güclü zəlzələ: 164 nəfər həlak olub, yüzlərlə yaralı var
Bugün
81
Dünya
A
Venesuelada güclü zəlzələ: 164 nəfər həlak olub, yüzlərlə yaralı var

Venesuelanın Yaracuy əyalətində qeydə alınan güclü yeraltı təkanlar ölkədə böyük dağıntılara və insan tələfatına səbəb olub.

Aktual.ge xəbər verir ki, 39 saniyə fərqlə baş verən 7,2 və 7,5 bal gücündəki zəlzələlər bölgədə ciddi fəsadlar yaradıb.

Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriges son rəqəmləri açıqlayıb.

O, təbii fəlakət nəticəsində 164 nəfərin həyatını itirdiyini, 971 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Mütəxəssislər qeyd edirlər ki, bu hadisə 1900-cü ildən bəri ölkə ərazisində qeydə alınan ən güclü seysmik aktivlik kimi tarixə düşüb.

Hazırda xilasetmə qrupları dağıntılar altında qalanların axtarışını davam etdirir.

Mənbə: Operativ Media

ŞƏRH YAZ
0