İyunun 28-ə qədər olan hava şəraiti açıqlandı
Bugün
346
Maraqlı
A
İyunun 28-ə qədər olan hava şəraiti açıqlandı

İyunun 26-dan 28-i səhər saatlarınadək Gürcüstanda vaxtaşırı yağıntı gözlənilir; Qərbi Gürcüstanın əksər ərazilərində və Şərqi Gürcüstanın dağlıq rayonlarında yağıntıların bəzi yerlərdə güclü olacağı ehtimal edilir.

Aktual.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Sinoptiklərin proqnozuna görə, şimşək çaxması və küləyin güclənməsi, Kaxetidə və ölkənin dağlıq rayonlarında dolu düşməsi, 27-28 iyun tarixlərində isə dənizdə 3-4 ballıq fırtına gözlənilir.

"Gözlənilən yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel hadisələrinin baş verməsinə və aktivləşməsinə səbəb ola bilər" , - qeyd olunan məlumatda müvafiq hava şəraitinin təhlükə səviyyəsi orta olaraq dəyərləndirilib.

ŞƏRH YAZ
0