Ölkədə fəlakət yaşanır! 32 saniyə ara ilə iki güclü zəlzələ: onlarla ölü, yüzlərlə yaralı var - FOTO
Bugün
1253
Dünya
A
Ölkədə fəlakət yaşanır! 32 saniyə ara ilə iki güclü zəlzələ: onlarla ölü, yüzlərlə yaralı var - FOTO

Venesuelada baş verən zəlzələ nəticəsində ən azı 32 nəfər həyatını itirib, 700-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Aktual.ge xəbər verir ki, bu barədə iyunun 25-də xalqa müraciətində ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes açıqlama verib.

"La-Quayra ştatının təqdim edə biləcəyi göstəriciləri hesaba qatmasaq, 32 nəfərin həlak olması və 700-dən artıq şəxsin xəsarət alması barədə məlumatımız var", - deyə o qeyd edib.

Rodriqesin sözlərinə əsasən, bütün regionlar arasında ən çox zərər çəkən məhz La-Quayra ştatı olub. Orada onlarla bina uçub. Hazırda hadisə yerində xilasetmə qüvvələri çalışır.

O, həmçinin vurğulayıb ki, yaxın saatlarda digər ölkələrdən olan xilasedicilər Venesuelaya gələcəklər.

Qeyd edək ki, Venesuelada 39 saniyə fasilə ilə baş verən 7,5 və 7,2 bal gücündə zəlzələlər genişmiqyaslı dağıntılara səbəb olub. Paytaxt Karakasda bəzi binalar çöküb, Mayketiya Beynəlxalq Hava Limanının tavanı uçub və bütün uçuşlar ləğv edilib. Ölkədə fövqəladə vəziyyət elan olunub.

ŞƏRH YAZ
1