Gürcüstanda əhalinin gəlirləri artıb | Baş nazir ödənilən vergilərin həcmini açıqladı
Bugün
165
Siyasət
A
Gürcüstanda əhalinin gəlirləri artıb | Baş nazir ödənilən vergilərin həcmini açıqladı

"2012-ci ildə əhalimiz gəlir vergisi olaraq 1 milyard 764 milyon lari ödəyib, 2020-ci ildə bu rəqəm 3 milyard 326 milyon lariyə çatıb, keçən il isə bu göstərici 8 milyard 261 milyon lari təşkil edib".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Parlamentdə hökumətin proqramının icrası ilə bağlı illik hesabatını təqdim edərkən bildirib.

Hökumət başçısının sözlərinə görə, bu, ölkədəki iqtisadi artımın birbaşa əhaliyə təsir etdiyi deməkdir.

"Beynəlxalq Valyuta Fondunun orta müddətli proqnozuna görə, 2026-2031-ci illərdə Gürcüstan həm regionda, həm də bütövlükdə Avropa miqyasında ən yüksək artım göstəricisinə malik olacaq. Bu proqnoz konkret göstəricilərə və ölkəmizin son beş ildəki tendensiyalarına əsaslanır. 

Tez-tez belə bir sual verilir: sürətli iqtisadi artım əhaliyə nə dərəcədə təsir edir? Bunun ən yaxşı göstəricilərindən biri ödənilən gəlir vergiləridir. Gəlir vergisini təxminən bir milyon həmvətənimiz, yəni muzdlu işçilərin demək olar ki, hamısı ödəyir. 2012-ci ildə əhalimiz gəlir vergisi olaraq 1 milyard 764 milyon lari ödəyirdi. 2020-ci ildə bu rəqəm 3 milyard 326 milyon lariyə, keçən il isə 8 milyard 261 milyon lariyə yüksəldi. Bu o deməkdir ki, vergilər çıxıldıqdan sonra əhalimizin gəliri 33 milyard laridən çoxdur. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə bu rəqəm 13,3 milyard, 2012-ci ildə isə 7,1 milyard lari idi. 13,3 milyarddan əhalinin gəliri artaraq 33 milyardı keçib. Bu, ölkədəki iqtisadi artımın birbaşa əhaliyə təsir etdiyini göstərir", - deyə Baş nazir qeyd edib.

ŞƏRH YAZ
2