Marneuli Bələdiyyəsi 12 illik inkişaf strategiyasını müzakirəyə çıxardı - VİDEO
03.08.2026 18:09
95
Siyasət
A
Marneuli Bələdiyyəsi 12 illik inkişaf strategiyasını müzakirəyə çıxardı - VİDEO

Marneulidə bələdiyyənin 2026–2037-ci illəri əhatə edən 12 illik İnkişaf Strategiyasının ictimai müzakirəsi keçirilib.

Sənədi yerli sakinlərə Marneuli meri Daur İsmayılov və birinci müavini Qiorqi Qodabrelidze təqdim ediblər. Təqdimatda infrastrukturun, kənd təsərrüfatının və turizmin inkişafı əsas prioritetlər kimi göstərilib. Həmçinin İmir kəndində yerləşən “Kəsik Təpə” arxeoloji abidəsinin turizm potensialına xüsusi diqqət ayrılıb.

Marneuli merinin sözlərinə görə, əhalinin böyük hissəsi aqrar sahədə çalışdığı üçün strategiyanın əsas məqsədlərindən biri kənd təsərrüfatı ilə məşğul olan sakinlərin iqtisadi imkanlarının gücləndirilməsidir.

Təqdimatdan sonra keçirilən sual-cavab sessiyasında sakinlər ictimai nəqliyyatın vəziyyəti, suvarma kanalları, gənclər siyasəti və əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılması ilə bağlı suallar ünvanlayıblar.

Görüşdə qeyd olunub ki, ictimai müzakirədə səsləndirilən təkliflər təhlil olunacaq və zəruri dəyişikliklər strategiya layihəsinə daxil ediləcək. Bundan sonra sənəd yekun təsdiq üçün Marneuli Bələdiyyə Məclisinə təqdim olunacaq.

ŞƏRH YAZ
3