Kateqoriyalar
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş və hazırda şərti cəza çəkən şəxsi saxlayıblar.
Aktual.ge xəbər verir ki, istintaqın məlumatına görə, şübhəli şəxs Tbilisidə yerləşən mənzillərdən birinə qanunsuz daxil olaraq bahalı texniki avadanlıqları oğurlayıb və hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlini saxlayıblar. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) üzrə araşdırma aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.