Marneuli Uşaq Bağçalarında at əti skandalı | Rəsmi açıqlama verildi - VİDEO
Bugün
63
Kriminal
A
Marneuli Uşaq Bağçalarında at əti skandalı | Rəsmi açıqlama verildi - VİDEO

 

Marneulidə uşaq bağçalarına mal əti əvəzinə at ətinin tədarükü ilə bağlı Marneuli Uşaq Bağçaları birliyi açıqlama verib.

Beləki Uşaq bağçaları Birliyin hüquqşünası Edişer Kutalianın sözlərinə görə, may ayında aparılan laborator analizlər zamanı uşaq bağçaları üçün nəzərdə tutulmuş ət məhsullarında at DNT-si aşkarlanıb. Bundan dərhal sonra məhsullar möhürlənərək istifadədən çıxarılıb.

Qurumun hüquqşünası bildirib ki, uşaq bağçalarında qida məhsulları üzrə ildə təxminən 8 planlı yoxlama aparılır.

Qeyd edək ki, “BGM.1” MMC 2022-ci ildən Marneuli Uşaq Bağçaları Birliyinə mal əti tədarükü üzrə keçirilən tenderlərin dəfələrlə qalibi olub. Şirkətin qazandığı tenderlərin ümumi dəyəri 844 215,65 lari təşkil edib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq və saxtakarlıq maddələri ilə aparılır. Bu əməllərə görə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
 

ŞƏRH YAZ
1