Gürcüstanın valyuta ehtiyatları 7,1 milyard ABŞ dollarına çataraq tarixi maksimum göstəricini yeniləyib.
Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Hökumət başçısının sözlərinə görə, ölkədə iqtisadi artımla yanaşı, valyuta ehtiyatları da artır və bu istiqamətdə Gürcüstan Milli Bankı aktiv fəaliyyət göstərir.
O qeyd edib ki, ötən ay valyuta ehtiyatlarının həcmi 7,1 milyard ABŞ dolları təşkil edib ki, bu da ölkə tarixində ən yüksək göstəricidir.
İrakli Kobaxidze diqqətə çatdırıb ki, illik müqayisədə valyuta ehtiyatları 52 % artıb və o bunu həm ölkənin iqtisadi uğurlarının, həm də Milli Bankın fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.
Onun sözlərinə görə, hökumət iqtisadiyyat və maliyyə sektorunda müşahidə olunan müsbət tendensiyaların qorunub saxlanılması üçün fəaliyyətini davam etdirəcək.