Kateqoriyalar
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin nümayəndələri tərəfindən son günlərdə aparılan əməliyyatlar zamanı 55 xarici vətəndaş ölkə hüdudlarından kənarlaşdırılıb.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Həyata keçirilən çoxşaxəli yoxlamalar nəticəsində Azərbaycan, Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Özbəkistan, Pakistan, Somali, Ermənistan, Sudan, Tailand, Misir, İraq və başqa dövlətlərin vətəndaşları olan 55 nəfər Gürcüstan ərazisindən çıxarılıb.
Bildirilib ki, hazırkı qanunvericiliyin tələblərinə uyğun olaraq, deportasiya edilmiş bu şəxslərin gələcəkdə Gürcüstana təkrar səfərlərinə məhdudiyyət tətbiq olunub.