Sentyabrın 15-dən məktəblərdə böyük dəyişiklik: Şagirdləri yeni qaydalar gözləyir
Bugün
175
Mədəniyyət
A
Sentyabrın 15-dən məktəblərdə böyük dəyişiklik: Şagirdləri yeni qaydalar gözləyir

“Biz islahata məktəb formaları və bir çox digər mühüm komponentlərlə başladıq. Sentyabrın 15-də birinci, yeddinci və onuncu sinif şagirdlərini məktəblərdə tamamilə yeni dərsliklər və yeni proqramlar qarşılayacaq. Humanitar və STEM (riyaziyyat, təbiət elmləri, informatika, robototexnika, proqramlaşdırma və mühəndislik - Red.) istiqamətləri üzrə dərsliklər çox yüksək keyfiyyətlidir və sizi əmin etmək istəyirəm ki, bunun üçün olduqca böyük işlər görülüb".

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze məlumat verib.

Onun sözlərinə görə, məktəb formalarının tətbiqi ilə yanaşı, aparılan islahat digər mühüm komponentlərə də yönəlib.

"Şagirdləri məktəblərdə dərs prosesi zamanı mobil vasitələrdən istifadənin məhdudlaşdırıldığı yeni qaydalar gözləyir. Məqsəd odur ki, uşaq tədris prosesinə maksimum dərəcədə diqqətini cəmləyə bilsin. Bundan əlavə, islahat konsepsiyasında nəzərdə tutulan digər çox mühüm istiqamətlərimiz də var" , - deyə Qivi Mikanadze qeyd edib.

ŞƏRH YAZ
0