Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Gürcüstan dövlət sərhədini qanunsuz keçməyə cəhd və saxta sənədlərdən istifadə ittihamı ilə İranın üç vətəndaşını saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu haqda DİN məlumat verib.
Bildirilib ki, törədilmiş cinayətə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
"Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Sərhəd İdarəetməsi və Koordinasiyası Baş İdarəsinin əməkdaşları Gürcüstan dövlət sərhədini qanunsuz keçməyə cəhd və saxta sənədlərdən istifadə ittihamı ilə İranın üç vətəndaşını saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları xarici ölkə vətəndaşlarını Tbilisi Beynəlxalq Hava Limanında saxta sənəddən istifadə etməklə Gürcüstan dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərdikləri zaman saxlayıblar.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 1-ci və 2-ci hissələri, həmçinin 362-ci maddəsinin 1-ci hissəsi ilə aparılır. Bu maddələr 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", - məlumatda deyilir.