Azərbaycan Gürcüstana diplomatik nota verib
Bugün
610
Siyasət
A
Azərbaycan Gürcüstana diplomatik nota verib

Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü günlərlə gömrük məntəqələrində saxlanıldıqlarını, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmədiyini bildirirlər.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycanın "Report" xəbər agentlyi TIR sürücülərinə istinadən məlumat verib.

Sürücülər əsasən "Sarp" və "Qırmızı Körpü" sərhəd-keçid məntəqələrində, eləcə də Tbilisidəki Gömrük Rəsmiləşdirilməsi Mərkəzində uzun müddətdir gözlədiklərini söyləyiblər.

Sürücüləri narahat edən digər məsələ isə gömrük əməkdaşlarının münasibəti barədədir. Onların sözlərinə görə, günlərlə gözləmələrinə baxmayaraq, saxlanılmalarının səbəbi barədə rəsmi məlumat verilmir, sual ünvanladıqları zaman isə bəzi əməkdaşlar kobud davranır, "Get, gözlə" cavabı ilə kifayətlənirlər.

Sürücülər hesab edirlər ki, onlara hansı səbəbdən saxlanıldıqları və problemin aradan qaldırılması üçün hansı sənədlərin və ya prosedurların tələb olunduğu aydın şəkildə izah edilməlidir.

Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyindən "Report"a  bildirilib ki, hadisə nəzarətə götürülüb. Səfirlikdən qeyd olunub ki, yaranmış vəziyyətlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə diplomatik nota ünvanlanıb və məsələ aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılır.

ŞƏRH YAZ
1