Azərbaycanlı TIR sürücülərlə bağlı Gürcüstan Gəlirlər Xidməti açıqlama verdi
06.08.2026 16:58
292
Siyasət
A
Azərbaycanlı TIR sürücülərlə bağlı Gürcüstan Gəlirlər Xidməti açıqlama verdi

Gürcüstan Gəlirlər Xidməti Azərbaycan mediasında azərbaycanlı TIR sürücüləri ilə bağlı yayılan məlumata münasibət bildirilib.

Aktual.ge xəbər verir ki, məlumatda qeyd olunub ki, müvafiq məsələ ilə bağlı araşdırma aparılır.

"Bütün keçid məntəqələri istiqamətində yüklərin hərəkəti maneəsiz həyata keçirilir və bu məsələ araşdırılır”.

Məlumat üçün bildirək ki, Azərbaycanın “Report” agentliyi Azərbaycan dövlət nömrə nişanlı yük maşınlarının sürücülərinin Gürcüstanın gömrük-keçid məntəqələrindən keçə bilmədiyi barədə məlumat yayıb. Bununla bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyi Gürcüstan Xarici İşlər Nazirliyinə diplomatik nota verdiyi qeyd olunub.

ŞƏRH YAZ
1