Qızılhacılıda nələr baş verir?
06.08.2026 15:56
531
Siyasət
A
Qızılhacılıda nələr baş verir?

Qaz təchizatı ilə bağlı Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində "SOCAR Georgia Gas" və "Mamed Gas" şirkətləri arasında gərginlik davam edir.

Bu gün günorta saatlarında "SOCAR Georgia Gas" əməkdaşlarının polis müşayiəti ilə Qızılhacılı kəndində yerləşən "Mamed Gas"ın qaz kontoruna gəlib.

Şirkət nümayəndələri "Mamed Gas"ın prezidenti Nəriman Allahverdiyev ilə görüşmək istəsələrdə yerli əhali onların binaya daxil olmasına icazə verməyib və ərazidən uzaqlaşdırıblar.

Baş verən gərginlikdən sonra Nəriman Allahverdiyev jurnalistlərin suallarını cavablandırıb.

Nəriman Müsahibə.

Baş verənlərlə bağlı "SOCAR Georgia Gas" şirkəti Aktual.ge xəbər portalının sorğusuna qısa cavab verib və bildirilib ki, biz lisenziya sahibi kimi səlahiyyətlərimizi qanunvericilik çərçivəsində həyata keçiririk.


Nələr baş verib ? 

Bu ilin iyunun 9-dan 12-dək Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində və 26 May küçəsinin bir hissəsində təbii qazın verilişi dayandırılıb. Təbii qaz paylayıcısı “Mamed Gas” abonentlərə göndərdiyi qısa SMS vasitəsilə qaz təchizatının SOCAR tərəfindən dayandırıldığını bildirib.

Bundan qısa müddət sonra “SOCAR Gas Export-Import” məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub:

“2020-ci ildən bu günədək ‘Mamed’ MMC üçün sosial qazın qiyməti dörd dəfə dəyişib və hər dəfə şirkət yeni qiyməti öz istəyi ilə şərh edib. Bəzi hallarda şirkət dəyişən tarifi qəbul edib, bəzi hallarda isə uzun müddət ərzində yeni tarifi birtərəfli qaydada rədd edərək bütün ödənişləri 2020-ci ilin köhnə tarifi əsasında həyata keçirib. Nəticədə ‘Mamed’ MMC-nin ödənilməmiş qaz borcu əhəmiyyətli dərəcədə artıb”.

İyunun 11-də Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) də məsələ ilə bağlı açıqlama verərək “Mamed Gas”ın SOCAR qarşısında 600 min laridən çox borcunun yarandığını bildirib. Həmin gün SEMEK Qızılhacılı kəndi və 26 May küçəsində qaz təchizatının bərpası ilə bağlı SOCAR-a müraciət edib.

Müraciətdən sonra iyunun 12-də Qızılhacılı kəndinə təbii qazın verilişi bərpa olunub.

“Mamed Gas” şirkətinin prezidenti Nəriman Allahverdiyev isə həm mediaya açıqlamalarında, həm də Qızılhacılı kəndində keçirdiyi ictimai görüşlərdə SEMEK və SOCAR-ın onun rəhbərlik etdiyi şirkəti ələ keçirməkdə ittiham edib.

Bu ilin 31 iyul tarixində SEMEK "Mamed Gas" MMC-nin lisenziyasının ləğv olunduğunu açıqlayıb.

Nəriman Allahverdiyev isə müvafiq qərarı qəbul etmədiyini bəyan edib.

 

ŞƏRH YAZ
0