Avqust müharibəsindən 18 il ötür.
Aktual.ge xatırladır ki, 2008-ci ilin avqustunda baş vermiş Rusiya–Gürcüstan müharibəsində Gürcüstan Müdafiə Nazirliyinin 170 hərbi qulluqçusu, Daxili İşlər Nazirliyinin 14 əməkdaşı və 224 mülki şəxs şəhid olub.
Yaralanan və xəsarət alan mülki və hərbi şəxslərin ümumi sayı 2 min 232 nəfər təşkil edib. Onlardan 1 045 nəfəri hərbi qulluqçudur.
Bu gün Gürcüstan ərazisinin təxminən 20%-i hələ də Rusiya nəzarəti altındadır. Rusiya Federasiyası Abxaziya və Tsxinvali bölgələrində hərbi mövcudluğunu davam etdirir, mütəmadi hərbi təlimlər keçirir, inzibati ayırıcı xətt boyunca tikanlı məftillər və digər maneələr quraşdırır. Gürcüstan tərəfi və beynəlxalq təşkilatlar həmçinin yerli əhalinin saxlanılması və sərbəst hərəkətinin məhdudlaşdırılması ilə bağlı narahatlıqlarını mütəmadi olaraq ifadə edirlər.
Avqust müharibəsindən sonra Rusiya Gürcüstanın iki bölgəsinin – Abxaziyanın və qondarma “Cənubi Osetiya”nın müstəqilliyini tanıyıb. Lakin beynəlxalq ictimaiyyət Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir.