Məhkəmə Nika Meliaya 1 il 6 ay həbs cəzası verib
06.08.2026 18:37
148
Siyasət
A
Məhkəmə Nika Meliaya 1 il 6 ay həbs cəzası verib

Məhkəmə müxalif “Dəyişikliklər üçün Koalisiya”nın liderlərindən biri olan Nika Melianı məhkəməyə hörmətsizlik faktı üzrə təqsirli bilib.

Aktual.ge xəbər verir ki, hakim Nino Elişvilinin qərarı ilə Nika Melia 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sözügedən cəza Nika Melia barəsində daha əvvəl çıxarılmış hökmü əhatə edib və müxalif lider həbsxanadan yenidən 2026-cı ilin dekabr ayında azadlığa çıxacaq.

Məlumat üçün bildirək ki, Nika Melia məhkəməyə hörmətsizlikdə, daha dəqiq desək, inzibati işlər kollegiyasının hakimi Tornike Koçkiana qarşı şifahi təhqirə yol verməkdə ittiham olunurdu.

Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 366-cı maddəsinin 2-ci hissəsi (hakimin təhqir edilməsi ilə ifadə olunan məhkəməyə hörmətsizlik) üzrə ittiham irəli sürülüb. Sözügedən maddə 2 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
3