Kateqoriyalar
“Rusofobiya, istənilən fobiya kimi, neqativlə assosiasiya olunur. Düşünürəm ki, ‘Gürcü Arzusu’nun siyasi silahları və alətləri tükənib və onlar bu neqativ damğanı rəqiblərinə yapışdırmağa çalışırlar, bütün bu vəziyyət də məhz bununla diktə olunur".
Aktual.ge xəbər verir ki, bunu "Əvvəl Gürcüstan" partiyasının liderlərindən biri Valeri Çeçelaşvili deyib.
"Bu, yalnız onu göstərir ki, bu gün ‘Gürcü Arzusu’nun əlində olan siyasi silahlar palitrası çox kasad və zəifdir, məhz buna görə də belə zəif arqumentlərə üz tutublar”, – deyə müxalif lider əlavə edib.