"Nika Meliyaya qarşı çıxarılan növbəti hökm ədalət mühakiməsi deyil, siyasi qisasın davamıdır".
Aktual.ge xəbər verir ki, bunu müxalif "Lelo / Güclü Gürcüstan" partiyasının baş katibi İrakli Kupradze “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri Nika Meliaya qarşı məhkəməyə hörmətsizlik işi üzrə çıxarılan ittiham hökmünü belə dəyərləndirib..
Onun sözlərinə görə, hakimiyyət məhkəmədən opponentlərinə qarşı cəza silahı kimi istifadə edir və düşünür ki, azadlıqdan məhrumetməklə azad insanları qorxutacaq və mübarizəni dayandıracaqlar.
“Nika Meliyaya qarşı çıxarılan növbəti hökm ədalət mühakiməsi deyil, siyasi qisasın davamıdır. Hakimiyyət məhkəmədən siyasi opponentlərin cəzalandırılması silahı kimi istifadə edir və düşünür ki, həbslə azad insanları qorxutacaq və mübarizəni dayandıracaq. Qorxuda bilməyəcəksiniz, Nika Meliyaya həmrəylik!" , - İrakli Kupradze yazıb.
Məlumat üçün bildirək ki, məhkəmə “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri olan Nika Maliyanı bu gün məhkəməyə hörmətsizlik üzrə təqsirli bilib və ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.