Baş nazir: Tbilisi-Batumi qatar səfərinin müddəti 5,5 saatdan 4 saata endirilib
06.08.2026 16:40
75
Siyasət
A
Baş nazir: Tbilisi-Batumi qatar səfərinin müddəti 5,5 saatdan 4 saata endirilib

"Bu gün biz yeni sürətlə hərəkət edən qatarla səyahət etdik. Əvvəllər səfər müddəti [Tbilisi-Batumi] 5,5 saat idi, indi isə bu müddət 4 saata qədər azaldılıb. Bu, sərnişinlər, ölkəmizin vətəndaşları, qonaqlarımız üçün, eləcə də turizm baxımından mühüm dəyişiklikdir".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumidə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, son bir il ərzində Gürcüstan Dəmir Yollarında çoxsaylı islahatlar həyata keçirilib.

“Bir daha xatırlatmaq istəyirəm ki, son bir il ərzində Gürcüstan Dəmir Yollarında əsaslı dəyişikliklər həyata keçirilib və sərnişin qatarlarına aid bu yenilik həmin islahatların bariz nümunələrindən biridir. Dəmir yolunun yenilənməsi istiqamətində hələ çox iş planlaşdırılıb. Bu barədə cəmiyyəti mütəmadi olaraq məlumatlandırırıq və nəzərdə tutulan bütün islahatlar və dəyişikliklər müəyyən olunmuş müddətlərdə həyata keçiriləcək”, - deyə İrakli Kobaxidze bildirib.

ŞƏRH YAZ
3