Türkiyədə
Bugün
53
Mədəniyyət
A
Türkiyədə "Bir Dünya Ədəbiyyat Mükafatları 2026" üçün müraciətlər başladı

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi (YTB), türk diasporu, qardaş icmalar və beynəlxalq tələbələr arasında ədəbiyyat sahəsindəki istedadları kəşf etmək məqsədilə "Bir Dünya Ədəbiyyat Mükafatları" müsabiqəsini təşkil edir.

Aktual.ge xəbər verir ki, YTB tərəfindən həyata keçirilən müsabiqə xaricdə yaşayan qardaş icmaların və beynəlxalq tələbələrin türk dilində düşünmələrini, yazmalarını və ədəbiyyat sahəsində əsərlər yaratmalarını təşviq etməyi hədəfləyir. Proqram çərçivəsində iştirakçılar Ən Yaxşı Əsər, Esse, Hekayə və Şeir olmaqla dörd fərqli kateqoriya üzrə müraciət edə biləcəklər.

"Müsabiqədə qiymətləndirmələr sahənin mütəxəssislərindən ibarət seçici heyətlər tərəfindən həyata keçiriləcək. Türk diasporu, qardaş icmalar və beynəlxalq tələbələrdən daxil olan əsərlər ayrı-ayrılıqda qiymətləndiriləcək. Qiymətləndirmə prosesində türk dilinin düzgün və effektiv istifadəsi, qrammatika və orfoqrafiya qaydalarına uyğunluq, müvafiq kateqoriyanın texniki xüsusiyyətlərinə riayət edilməsi, orijinallıq və üslub kimi meyarlar əsas götürüləcək.

Müsabiqənin sonunda hər qrupdan ayrı-ayrılıqda Ən Yaxşı Əsər, Esse, Hekayə və Şeir nominasiyaları üzrə birincilik mükafatları təqdim ediləcək. Mükafat qazananlar, həmçinin YTB tərəfindən təşkil ediləcək 'Yazıçılıq Təlimləri'ndə iştirak etmək hüququ qazanacaqlar.

'Bir Dünya Ədəbiyyat Mükafatları 2026' üçün son müraciət tarixi 15 sentyabr 2026-cı il olaraq açıqlanıb. Mükafatlandırma mərasiminin yeri və tarixi isə növbəti mərhələdə elan ediləcək.

Müraciətlər YTB tərəfindən müəyyən edilmiş müddət ərzində onlayn müraciət sistemi vasitəsilə həyata keçiriləcək. Müraciət müddəti bitdikdən sonra göndərilən əsərlər qiymətləndirilməyəcək.

Müsabiqə haqqında ətraflı məlumatı YTB-nin rəsmi internet saytından əldə edə bilərsiniz. Bundan əlavə, suallar üçün [email protected] ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür" , - məlumatda deyilir.

ŞƏRH YAZ
0