Acarada Türkiyə tərəfindən axtarışda olan 2 şəxs saxlanılıb
07.08.2026 11:25
79
Siyasət
A
Acarada Türkiyə tərəfindən axtarışda olan 2 şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşları Türkiyə Respublikası tərəfindən axtarışda olan 2 şəxsi qrup halında odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması, həmçinin sərhədin qanunsuz keçilməsi ittihamları ilə saxlayıblar.

Aktual.ge xəbər verir ki, məlumatı  Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, saxlanılan şəxslərin hər ikisi müxtəlif ağır cinayətlərə görə axtarışda olub.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşadıqları mənzildə apardıqları axtarış zamanı maddi sübut qismində odlu silah və döyüş sursatı, o cümlədən 2 tapança, 3 daraq və 129 patron aşkar edərək götürüblər. Müəyyən edilib ki, saxlanılan şəxslərin hər ikisi müxtəlif ağır cinayətlərə görə axtarışda olub.”

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 344-cü maddələri ilə aparılır. Bu maddələr 11 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
1